"Yeni verilişim "Gəldim e gəldim" adlanır" - Mikayıl

"Yeni verilişim "Gəldim e gəldim" adlanır" - Mikayıl
  • Mədəniyyət / Asiya TV

  • Tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu "Dünya TV"də işə başlayıb.

    Asiya.az
    xəbər verir ki, yanvar ayında Space TV-dən ayrılan tanınmış teleaparıcı AZXEBER.COM-a açıqlamasında bildirib ki, "Dünya TV" rəhbərliyinin təklifini qəbul edib:

    "Həftədə iki dəfə bazar ertəsi və cümə axşamı saat 19-21 arası "Gəldim e Gəldim” adlı veriliş ilə tamaşaçıların görüşəcəm. Verilişimə əməkdar və xalq artistləri dəvət olunacaq. Əminəm ki, uğurlu layihə olacaq.

    Proqramın daxilində maraqlı rubrikalar və canlı musiqi olacaq".

    Aparıcı bildirib ki, proqramın ideya müəllifi və redaktoru özüdür. Həmçinin "Gəldim e Gəldim”də xalq və bəstəkar mahnıları da səsləndiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər