Qənirə Paşayeva Xanım İsmayılqızını yubileyi münasibəti ilə təbrik edib - FOTO

Qənirə Paşayeva Xanım İsmayılqızını yubileyi münasibəti ilə təbrik edib - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış bəstəkar, şair Xanım İsmayılqızı ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər veir ki, millət vəkili Xanım İsmayılqızını 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Xanım müəllimə,

    Sizi – respublikamızın tanınmış bəstəkar və şairini, Azərbaycan Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvünü 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

    Siz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirmiş, "Gənclik" nəşriyyatında, BDU-nun nəşriyyatında, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Bilik" Maarifçilik Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmısız. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyirsiz.

    Siz gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmusuz; ilk şeriniz "Yol" qəzetində dərc olunub; qələminizi poeziya, publisistika və tərcümə sahəsində sınamısız; dövri mətbuatda məqalə, oçerk və esseləriniz dərc olunub, ölkə TV-lərində müəllif proqramı ilə çıxış etmisiz.

    İlk kitabınızın 1995-ci ildə gün üzü görməsi etibarı ilə indiyədək 9 kitabınız çıxıb.

    Sizin efirdə ilk manhnınız 1994-cü ildə səslənib; toplam 300-dən çox mahnının müəllifisiz.

    Siz öz xeyirxahlığınızla seçilən aydınlarımızdansız. – Qayğıya ehtiyacı olan əhali qruplarına diqqət-qayğı göstərmiş, onların məskunlaşdığı müəssisələrdə xeyriyyə gecələri keçirmisiz.

    Siz həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı, qalibi olmusuz. 2003-cü ildə "Planet dostları" adlı layihədə, Amerika bəstəkarı və söz yazarı Stan Slaughter ilə birgə "Doğma diyar" albomunun müəllifisiz. Bu layihə Azərbaycanla Amerika arasında mədəniyyət dostluğu ilə ölkələri bir-birinə yaxınlaşdırmaq, əlaqələr yaratmaq məqsədinə xidmət edib.

    Sizi yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

    Q.Paşayeva X.İsmayılqızına Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    X.İsmayılqızı səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər