Asiya.az saytının məlumatına görə, cədvələ ildə 23 milyon avro qazanan Pep Qvardiola başçılıq edir.
Joze Mourinyo ondan 6 milyon az qazanır. İlk “üçlüy”ü Dieqo Simone qapayır. Zinəddin Zidanla Fabio Kannavaro isə təxminən eyni maaşa işləyir.
Bu ilin əvvəlində postundan ayrılan Rafael Benitesin Çinin “Dalyan” klubundakı qazancı da yüksək olub. O, ildə 13,5 milyon qazanırdı.
1. Pep Qvardiola (“Mançester Siti”) – 23 milyon avro
2. Joze Mourinyo (“Tottenhem”) – 17 milyon avro
3. Dieqo Simeone (“Atletiko”) – 15 milyobn avro
4-5. Zinəddin Zidan (“Real”) – 12 milyon avro
4-5. Fabio Kannavaro (“Quançjou”) – 12 milyon avro