Ərdoğan yeni üç nazir təyin edib

Ərdoğan yeni üç nazir təyin edib
  • Dünya / Manşet

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 yeni nazir təyin edib.

    Asiya.az
    -ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete”də bildirilib.

    R. T. Ərdoğanın qərarı ilə Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyi ləğv edilib, bunun yerinə iki nazirlik – Ailə və Sosial Xidmətlər Nazirliyi, Çalışma və Sosial Təhlükəsizlik Nazirliyi təsis edilib.

    Ailə çalışma və sosial xidmətlər naziri Zümrüt Səlcuk da vəzifəsindən çıxarılaraq, onun yerinə Derya Yanık, çalışma və sosial təhlükəsizlik naziri isə Vedat Bilgin təyin edilib.

    Bundan başqa, ticarət naziri Ruhsar Pekcan da vəzifəsindən çıxarılıb, yeni ticarət naziri isə Mehmet Muş gətirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər