Qeyri-neft sektorunun inkişafina xidmət edən dövlət təşəbbüsləri

Qeyri-neft sektorunun inkişafina xidmət edən dövlət təşəbbüsləri
  • Sosial

  • Qəbul olunmuş regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra edilir. Bu proqrama Hacıqabul rayonuda aiddir. Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bunlara misal qazlaşmanın səviyyəsinin 100 faizə çatması, elektrik enerjisi təchizatı bir xeyli yaxşılaşıb və bununla yanaşı bir neçə yeni yarımstansiaların açılışı da bunlara aid etmək olar. Kənd yollarının təxmini 75 faizi yenidən çəkilib. Mədəniyyət obyektləri, məktəblər, xəstəxanalar əsaslı şəkildə təmir edilib.

    Bütün görülən işlər mərkəzində insan amili durur. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaradılıb. Aqrar sahə inkişaf edib. Yeni açılan bütün obyektlər rayonun gələcək inkişafına , iqtisadiyyatın inkişafına böyük təkan verir.
    Son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir.

    Cənab Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

    Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Müşavirədə də bildirildiyi kimi, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək.

    İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.
    Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:“Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”.

    “Ümumiyyətlə Azərbaycan nəqliyyat dəhlizlərində qovşağa çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir, eyni zamanda Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına töhfə verən ölkədir. Bu imkan verəcək ki, Azərbaycan regional aviasiya qovşağına da çevrilsin. Bu, aviasiya vasitəsilə sərnişinlərin, eləcə də yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq”. Füzulidə inşa ediləcək hava limanı yalnız sərnişin deyil, gələcəkdə yüklərin də daşınması üçün istifadə edilə bilər. Xüsusən nəzərə alsaq ki, Naxçıvan dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və bu isə daha geniş nəqliyyat dəhlizlərinə çıxış imkanları deməkdir, təbii ki, hava limanları vasitəsilə də həmin dəhlizlərə çıxış imkanları artırılacaq.

    Mən Masallı rayon Təzəkənd kənd sakini olaraq Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevin apardığı uğurlu siyasətin qarşısında baş əyirəm.Hər zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yanında sözümüz və əməlimiz ilə olacağıma söz verirəm.

    Qurbanov Mirağa Balaxan oğlu,
    Masallı rayon Təzəkənd kənd sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər