“Fəxrəddin-K” MMC 220 minlik hərracda qalib gəldi

“Fəxrəddin-K” MMC 220 minlik hərracda qalib gəldi
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycanda 35 ildən çoxdur fəaliyyət göstərən “Fəxrəddin-K” MMC şirkəti ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı keçirilən hərracda qalib gəlib.

    Asiya.az
    xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat verən şirkətin Baş direktoru Fəxrəddin Baxışov belə bir hərracın keçirilməsinə görə İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təşəkkür edib.
    F.Baxışov vurğulayıb ki, ölkəmizdə sahibkarların azad rəqabət mühitində fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb:

    “Bu cür şəffaf şəkildə keçirilən hərraclar da bunun bariz nümunəsidir. Buna görə də biz şirkət olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Sahibkarlığın İnkişafına Kömək Milli Fondu da bu məsələdə bizi dəstəkləyəcəyini və aşağı faizlə kredit verəcəyinə kömək edəcəyini bildirib.
    Qeyd edim ki, şirkətimizin xammal ehtiyatlarına ehtiyacı var idi. Belə bir hərracın keçiriləcəyi barədə elektron poçt ünvanımıza məktub gəldikdə onu dərhal dəyərləndirərək müraciət etdik. Hərracın keçirilməsinə heç bir əngəl yaradılmadı. Çox şəffaf və rahat, heç bir maneə ilə rastlaşmadan sənədlərimizi təqdim edə bildik. Bununla da hərracda iştirak hüququ qazandıq və onun qalibi olduq. 20 hektarlıq gil yatağı bizə yatağın özündə gili hazırlamağa və onun dinlənməsinə imkan verəcək.

    Bildirim ki, rəhbərlik etdiyim şirkətin Masallı, Gəncə, Xırdalan və İsmayıllıda kərpic zavodları var.
    “Göygöldə -I”gil yatağının aşkarlanması və bizim ondan istismar hüququ qazanmağımız Gəncədəki kərpic zavodumuzun xammalla təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Belə ki, faydalı qazıntı yatağının yerləşdiyi ərazinin sahəsi 20 hektardır. Burada ilkin olaraq 2.2 mln. kubmetr ehtiyatın olması müəyyənləşdirilib. Qazıntı yatağının istismara cəlb edilməsi müddəti 25 ilə qədər nəzərdə tutulur.
    Hərracın ilkin start qiyməti 220 min manat müəyyən edilmişdi. Hesab edirəm ki, belə bir yatağın aşkar edilməsi bizim işimizə əhəmiyyətli dərəcədə təsir edəcək.
    Biz eyni zamanda Gürcüstan bazarına da kərpic ixrac edirik. Ümumilikdə, ötən il və bu ili nəzərə alsaq, 300 min manat məbləğində Gürcüstan bazarına mal ixrac etmişik. Ancaq hazırda əsas hədəfimiz Avropa bazarına çıxmaqdır. Hesab edirəm ki, bu yeni yatağın aşkarlanması bizə Avropa bazarına çıxmaq üçün əlavə imkanlar yaradacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər