“Kəramət bizi tənqid edib kirayə pulunu verəcəksə…” - Tural Abbaslı

“Kəramət bizi tənqid edib kirayə pulunu verəcəksə…” - Tural Abbaslı
  • Cəmiyyət / Manşet

  • Son zamanlar yazıçı, jurnalist Kəramət Böyükçölün AĞ Partiya başqanı Tural Abbaslını tənqid və təhqir etməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. K.Böyükçöl mütəmadi olaraq partiya başqanı haqqında Facebook sosial şəbəkəsində paylaşımlar edərək onu təhqir edir. T.Abbaslı isə Kəramətin tənqid və təhqirlərlə dolu mesajlarına heç bir cavab vermir.

    Məsələ ilə bağlı Bizim.Media-ya danışan partiya başqanı onun haqqında tənqid dolu mesajlar yazan Kəramət Böyükçölü ona cavab verəcək dərəcədə ciddiyə almadığını bilridib.

    Onun sözlərinə görə, yazıçıya bundan sonra da fikir verməməkdə qərarlıdır.

    “Məlum “dostumuzu” ciddi, ictimai insan hesab etmirəm ki, onun dediyi fikirlərə görə hansısa tədbir görüm. Adamdı, bir də görürsüz ayıq olmur və ya kirayə pulunu tapa bilmir, yazır. Ona görə qoy yazsın, problem deyil. Əslində bu, dolayısı ilə onun ictimaiyyət tərəfindən qəbul olunmamağın bir etirazıdır. Həmin “dostumuz” mənim həftələrlə yadıma düşmür. Əgər biz onun yadına düşürüksə, demək daha aktivik və inkişaf edirik. Əminəm ki, yazdıqları tənqid və təhqirlərin mahiyyəti, səbəbi zamanla üzə çıxacaq”.

    Söhbət əsnasında Tural Abbaslı bildirib ki, bir insan haqqında saxta ictimai rəy formalaşdırmaq olmaz.

    “Xalqın gözü tərəzidir, onu aldatmaq mümkün deyil. O zamanlar tarixə qovuşub. Bundan sonra da mənim nə hüquqi müstəvidə, nə də ictimai olaraq Kəramətə cavab vermək fikrim yoxdur. Kimsə bizi tənqid edib kirayə pulunu verə biləcəksə, təhqir edib günorta yeməyi tapa biləcəksə, qoy etsin. Nə ziyanı var ki, o da insandır qoy dolansın”.
    PAYLAŞ:

    Oxşar xəbərlər