Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan şəxs cəzalandırılıb

Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan şəxs cəzalandırılıb
  • Mədəniyyət

  • "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntülərini sosial şəbəkələrdə və KİV-lərdə yayan şəxs cəzalandırılıb.

    Asiya.az
    xəbər verir ki, Klinikadan verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.

    “Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, - açıqlamada belə deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər