Şəhid mayor Anar Novruzova həsr olunmuş kitab işıq üzü gördü – FOTO

Şəhid mayor Anar Novruzova həsr olunmuş kitab işıq üzü gördü – FOTO
  • Sosial / Hərb / Manşet

  • Tanınmış qələm sahibi, Azərbaycan yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Muradın (İsayeva) “Akula ləqəbli kəşfiyyatçı” kitabı işıq üzü görüb.

    Asiya.az
    xəbər verir ki, kitab Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü, Sucəddin Novruzovun dəstəyi ilə ərsəyə gəlib.

    “Akula ləqəbli kəşfiyyatçı” kitabı bir qəhrəmanlıq salnaməsidir. Kitab Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun anadan olmasının 45 illiyinə həsr olunub.

    Kitabın təqdimatı şəhidin doğum günü - 12 may 2021-ci il tarixinə nəzərdə tutulub.
    Şəhid mayor Anar Novruzova həsr olunmuş kitab işıq üzü gördü – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər