
Asiya.az xəbər verir ki, yarış Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, xeyriyyəçi Sucəddin Novruzovun dəstəyi ilə baş tutub.
Rayonun şahmat həvəskarlarının iştirak etdiyi turnirin qalibi Masallı rayonu Ərkivan qəsəbə sakini Ramiz Abdulla olub.
Bu gün yarışın təşkilatçıları, iştirakçıları, eləcə də qəsəbənin bir qrup tələbəsi üçün GRAND kafedə iftar süftəsi təşkil edilib.
Şahmat turnirinin qalibi üçün nəzərdə tutulan hədiyyəni çempiona şəhid mayorun oğlu Nihad Novruzov təqdim edib.




