Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR

  • Araşdırma / Cəmiyyət

  • Masallıda şəhid mayor Anar Novruzovun doğum günü uyuduğu Ərkivan qəsəbə qəbiristanlığında məzarı üstündə qeyd olunub.

    Asiya.az
    xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, qəsəbə sakinləri, şəhidin doğmaları, döyüş yoldaşları, qazilər, ictimayət nümayəndələri, eləcə də şəhidin döyüş yoldaşı, Azərbaycan Respublikasınn milli qəhrəmanı General-mayor Polad Həşimovun anası Səmayə Həşimova iştirak edib.

    Yaşasaydı, Anar Novruzovun 45 yaşı tamam olacaqdı..

    Mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

    Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığı, Anar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Şəhid mayor Anar Novruzovun anadan olmasının 45-ci ildönümün yad edilməsi, həmçinin gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması məqsədi ilə yeniyetmə və gənclər arasında Şahmat idman növü üzrə onlayn qaydada Masallı rayon turnirinin qaliblərini elan edib.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Ərkivan qəsəbə ərazi nümayəndəsi Sabiq Cahangirov isə şəhid Anar Novruzovun 45 illik yubileyinə həsr edilən Masallı rayonu üzrə şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Masallı Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrı şəhid mayora həsr olunmuş virtual kompozisiya təqdim ediblər.
    Məktəblilər də şəhidin məzarı önündə şeirlər söyləyib, ədəbi-bədii kampozisiya göstəriblər.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Sonra “Akula ləqəbli kəşfiyyatçı” kitabının təqdimatı olub.
    Kitabın redaktoru, jurnalist Əyyar Tahirov kitab haqqında ətraflı məlumat verərək, kitabın bir qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib.
    Kitab, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü, Sucəddin Novruzovun dəstəyi ilə Tanınmış qələm sahibi, Azərbaycan yazıçılar birliyinin üzvü şairə-publisist Güləmail Murad tərəfindən qələmə alınıb.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid Mayor Anar Novruzovun hərbi sahədə çalışan bacısı qızları - Afaq və Səbirə Məmmədova bacıları qazilərin və şəhidin oğlu Nihad Novruzovun iştirakı ilə düşmən taptağından azad edilmiş Azərbaycan rayonlarından gətirdikləri torpağı şəhidin məzarına səpiblər.
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Daha sonra şəhid mayor Anar Novruzov haqqında çəkilən “Akula ləqəbli qəhraman” sənədli filminin təqdimatı olub.
    Ssenari müəllifi və rejissoru Mərhəmət Lələyev, operator və montaj rejissoru Nurşad Bayramov, fotoqrafı Rəşad Fərəcov olan film Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə "Cənubun səsi" azad media qurumu tərəfindən çəkilib.

    Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək, çəkilən filmin qəhrəmanlığı tərənnüm etdiyini deyib.
    O, bildirib ki, “Film Anar Novruzovun həyatından, keçdiyi döyüş yolundan və şəhidlik zirvəsinə necə yüksəldiyindən bəhs edir.”
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Sonda, tədbirin təşkilatçısı, şəhid mayorun qardaşı Sucəddin Novruzov çıxış edərək tədbir iştirakçılarına şəhidin ailəsi adından öz minnətdarlığını bildirib.
    Tədbir şəhid mayor Anar Novruzovun adını daşıyan küçədə yerləşən ev muzeyinin qarşısındakı büstünün qarşısına gül-çiçək qoyulması ilə yükunlaşıb.
    Asiya.az

    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər