Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır
  • Cəmiyyət

  • Bildiyimiz kimi Şuşa şəhəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

    Bəli Şuşa şəhəri tarixən Azərbaycanın əzəli torpağı və mədəniyyət beşiyi olmuşdur.Cənab prezidentimizin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi haqqında verdiyi sərəncam birdah sübut edir ki, Şuşa bizim tərixən mədəniyyət beşiyimiz olub. Azərbaycan xalqı əsirlər boyu bu torpaqlarda yaşamış və yaradıcılıq işləri ilə məşğul olmuşlar.Şuşa şəhərində dünyaya göz açan Azərbaycanın tanınmış və dahi insanları bu torpaqlarda böyümüş bu torpaqların suyunu içmiş, havasını udmuşdur.
    Düzdür 1992-ci ildə torpaqlarımız Erməni vəhşiliyinin qurbanına çevrilərək ermənilər tərəfində işğala məruz qaldı.Şuşa şəhəri də ermənilərin əlinə keçdi, lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi və ordumuzun gücü ilə bütün torpaqlarımız kimi Şuşa şəhəri də işğaldan azad edildi. Artıq Şuşa şəhərinin əvvəlki nüfuzu özünə qaytarıldı burda abadlıq quruculuq işləri sürətlə aparılır yeni layihələr həyata keçirilir.Biz inanırıq ki, yaxın gələcəkdə Şuşa şəhəri yenidən öz qonaqlarını qəbul edəcək.Burada geniş tədbirlər, festivallar keçiriləcək xalqımız yenidən öz mədəniyyət paytaxtı olan şuşa şəhəri ilə fəxr edəcək.Şuşa nəinki Azərbaycanın bütün dünyanın gözəl şəhərlərində birinə çeviriləcək. Bizim üçrəngli bayrağımız əbədi olaraq şuşa şəhərində dalğalanacaq.
    Oktay Mütəllimov,
    Masallı rayon Gənclər və İdman idarəsi.
    PAYLAŞ:

    Oxşar xəbərlər