Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu - VİDEO

Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu - VİDEO
  • Araşdırma / Cəmiyyət / Asiya TV

  • Təhsil Nazirliyinin əmri ilə ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ali məktəblərdə müxtəlif vəzifələrə seçkilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salınıb. Lakin buna baxmayaraq qeyri-qanuni olaraq Azərbaycan Dövlət Aqrar Universitetində rektor İbrahim Cəfərov “Aqronomluq” fakültəsinə dekan seçkisi keçirir.

    Rektorun qanuna zidd hərəkətindən şikayətçi olan universitet müəllimləri ölkə başçısına şikayət məktubu ünvanlayıblar.

    Bir nüsxəsi AsiyaTV-yə daxil olan müraciətdə bildirilir ki, “Bu vəzifəyə Universitetdən çoxlu layiqli namizədlər olsa da Prezident Administrasiyasında işləyən Fərman adlı şəxs rektor İbrahim Cəfərovu məcbur edir ki, onun yeznəsi olan Musa Bayramovu dekan seçsin.
    Musa Bayramovun adı isə Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır.”

    Sonda, şikayətçilər Prezident İlham Əliyevdən Prezident Administrasiyasında işləyən Fərman adlı şəxsin və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun qanunsuz əməlləri ilə bağlı ölçü götürülməsini xahiş edirlər.
    AsiyaTV
    PAYLAŞ:

    Oxşar xəbərlər