Saleh Məmmədovun himayə etdiyi MMC və 17 saylı Yİİ dövlət əmlakını talan edir - VİDEO (YENİLƏNİB)

Saleh Məmmədovun himayə etdiyi MMC və 17 saylı Yİİ dövlət əmlakını talan edir - VİDEO (YENİLƏNİB)
  • Araşdırma / İqtisadiyyat / Asiya TV

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbərləri dövlət əmlakını və vəsaitini talan edir.

    AsiyaTV
    -yə bu barədə məlumatı Göyçay rayonu Çərəkə kənd sakini Samir Kərimov verib.

    O bildirib ki, 3 dekabr 2013-cü il tarixindən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləyib. İşində heç vaxt nöqsana yol verməyib. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsə də yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyi üçün idarəm müdiri Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-inci maddəsinin "Ç" bəndi ilə məni işdən azad edib. Ancaq əmək məcəlləsinin tələblərinə görə mənə son haqq-hesab pulu ödənilməli olsada indiyə qədər verilməyib.

    Bu isə cinayət əməlidir...

    Şikayətçi bildirir ki, ona son haqq-hesab pulu ödənilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. Nazirlik cavab olaraq bildirib ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək..

    Ancaq heç bir tədbir görülmədi. Çünki Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur. 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.

    Şikayətçi Samir Kərimov qeyd edir ki, "ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş həriflərinin birləşməsindən yaradılıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranan bu şirkət nəinki Göyçayda həttda Azərbaycanın müxtəlif yerlərində İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Göranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər.

    Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti udur.

    Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxardıb yerinə "ATF" MMC -nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradovu ora müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir onların pulunu kəsirlər, gün ərzində 15 -16 saat işlədilirlər. Həttda şənbə və bazar günləri də işçilər işə cəlb edilir. Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və hətta son-haqq hesab pulu ödənilmir.

    Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi.
    "ATF" MMC-nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar.
    Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında "ATF" MMC-nin rəhbərliyi və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri Tehran Muradov korrupsiya əməllərini daha da genişləndirib.

    Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyim təqdirdə məni narkotika ilə şərlətdirib tutduracaqları ilə hədələyirlər.

    Şikayətçi son olaraq mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görməsini xahiş edir.
    Asiya.az
    ***
    Məsələ ilə bağlı 21.05.2021-ci il, saat 12:09-da Asiya.az-ın elektron ünvanına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məktub daxil olub.
    Həmin məktubu olduğu kimi dərc edirik:


    "Göyçay rayonunda yerləşən “ATF” MMC və 17 saylı Yol İstismar İdarəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən himayə olunduğu, həmin müəssisələr tərəfindən qanun pozuntularına yol verildiyi və vətəndaşım əmək hüquqlarının pozulduğu barədə Göyçay rayon sakini Kərimov Samir Adil oğlunun müxt\ıif media resursların elektron poçtlarına ünvaladığı müraciəti ilə bildiririk ki, müraciətdə qeyd edilən xüsusatlar əsassız və həqiqətə uyğun deyildir.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan cəmiyyətlərin, o cümlədən Göyçay rayonunda yerləşən “17 №-li Yol İstismar” MMC-nin fəaliyyəti vaxtaşırı yoxlanılır və fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət edilir.

    Müraciətdə adı göstərilən “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tabe qurum olmadığından həmin cəmiyyətin rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusatların araşdırılması səlahiyyətlərimizə aid deyildir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yolu təsərrüfatı sahəsində müvafiq infrastrukturun inkişafı ilə bağlı işləri yerinə yetirən qurumdur. Agentliyin bu sahədə fəaliyyətinə, həmçinin aparılan satınalma proseduruna aidiyyəti orqanlar tərəfindən dövlət nəzarəti həyata keçirilir və bu günə qədər bununla bağlı hər hansı bir qanunazidd əməllərə yol verilməsi faktı müəyyən edilməmişdir.

    Lakin daxil olmuş müraciətdə yol tikintisi sahəsində hər hansı bir mütəxəssis rəyinə əsaslanmadan avtomobil yollarının çəkilişində, tikinti işlərinin həyata keçirilməsi üçün müəssisələrin müəyyən edilməsində, həmçinin təmir işləri ilə əlaqədar maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsində qanun pozuntusuna yol verildiyi barədə əsassız ittihamlar qeyd edilmişdir.

    Bundan başqa qeyd edirik ki, vətəndaş Kərimov Samir Adil oğlu əmək hüquqlarının pozulduğu barədə rəsmi qayda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməmişdir.
    Sözügedən məsələ ilə bağlı Agentliyə müraciət daxil olsaydı, həmin müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müfaqi olaraq baxılaraq, nəticəsi barədə vətəndaşa məlumat verilməklə hüquqları izah olunardı.
    Bununla belə nəzərinizə çatdırılır ki, “17 №-li Yol İstismar” MMC-də sürücü işləmiş Kərimov Samir Adil oğlunun barəsində əmək və icra intizamını dəfələrlə pozduğuna, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş sənədlər əsasında intizam tənbehi tədbirlərinin görüldüyü, lakin vətəndaşın bunlardan nəticə çıxarmayaraq əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması hallarını davam etdirdiyinə görə cəmiyyətin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

    Kərimov Samir Adil oğlunun işlədiyi müddətdə əmək məzuniyyətindən tam olaraq istifadə etdiyindən və əməkhaqqısı vaxtlı-vaxtında ödənildiyindən vətəndaş qarşısında “17 №-li Yol İstismar” MMC-nin maliyyə öhdəliyi qalmamışdır."
    PAYLAŞ:

    Oxşar xəbərlər