“Gəzən söz-söhbətlər əsasızdır” – Hacı Ramazan Şəbnəm Tovuzlu ilə münasibətlərindən danışdı - VİDEO

“Gəzən söz-söhbətlər əsasızdır” – Hacı Ramazan Şəbnəm Tovuzlu ilə münasibətlərindən danışdı - VİDEO
  • Mədəniyyət / Araşdırma / Asiya TV

  • Uzun müddətdir ki, ölkə mediasında müğənni Şəbnəm Tovuzlu ilə sahibkar hacı Ramazan Mirzəyevin münasibətləri barədə ilginc məlumatlar yayımlanır.

    İddialara görə, Şəbnəm Tovuzlunun həm sponsoru, həm də oğlu Əlinin atası iş adamı, tikinti və digər sahələrin biznesi ilə məşğul olan Ramazan Mirzəyevdir.

    Əslən Masallı rayonundan olan hacı Ramazan Mirzəyevin Şəbnəm Tovuzlu üçün 80 min manat dəyəri olan avtomobil aldığı, övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

    AsiyaTV-nin əməkdaşı gəzən söz-söhbətə aydınlıq gətirmək üçün İş adamı, xeyriyyəçi kimi tanınan hacı Ramazan Mirzəyevlə əlaqə saxlayıb.

    Hacı Ramazan bildirib ki, gəzən söz-söhbətlər əsasızdır. "Mənim Şəbnəmlə nəinki hər hansı formada münasibətim var, heç onu tanımıram da..
    Ümumiyyətlə şou biznes adamlarından, müğənnilərdən uzaq biriyəm.
    Kimlərsə belə söz-söhbətlər yaymaqla mənim işgüzar nüfuzuma xələl gətirmək istəyirlər. Artıq belə dedi-qodu yayanların kimliyini bilirəm və bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olacaq."

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər