Təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi - Azərbaycanda

Təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi - Azərbaycanda
  • Olay

  • Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

    Asiya.az
    xəbər verir ki, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova tutduğu vəzifəsindən azad edilib. Onun öz ərizəsi ilə vəzifəsindən getdiyi deyilir.

    Bununla yanaşı, Cəlilabad rayonunda Kürdlər kənd tam orta məktəbin direktoru Gözəl Şərifova, Komanlı kənd tam orta məktəbin direktoru Pənah Baxşəliyev və Alar kənd 1 nömrəli məktəbin direktoru Saməddin Kərimov da işdən azad edilib.

    İlkin məlumatlara görə, direktorların işdən azad olunmasına səbəb isə Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan monitorinqlər zamanı sözügedən təhsil müəssisələrində nöqsanlar aşkarlanması olub.//Oxu.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər