Kəlbəcərdə düşmən mühasirəyə alınaraq erməni əsgərləri əsir götürüldü - FOTO

Kəlbəcərdə düşmən mühasirəyə alınaraq erməni əsgərləri əsir götürüldü - FOTO
  • Hərb / Manşet

  • Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. “Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb”.

    Nnazirliyin yaydığı məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. “Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
    Kəlbəcərdə düşmən mühasirəyə alınaraq erməni əsgərləri əsir götürüldü - FOTO
    Kəlbəcərdə düşmən mühasirəyə alınaraq erməni əsgərləri əsir götürüldü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər