Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR

Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR
  • Mədəniyyət / Manşet / Asiya TV

  • Şair Rəsmiyyə Sabirin "Zindan sevinci" adlı şeirlər kitabı işıq üzü görüb.

    AsiyaTV
    -nin məlumatına görə kitab şairin 2020-ci ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülməsi münasibətilə "VEKTOR" BEA tərəfindən nəşr edilib. Kitabın redaktoru tanınmış yazar, professor Elçin İsgəndərzadədir. Kitab “İnsanlığın himni”, “Vətən! - dedim”, “Səssiz...Sözsüz”, “Qələmin gözündən indi yaş gəlir”, “Sənə elə küskünəm ki, Həyat!...”, “Həyatın dibindən” bölmələrindən ibarətdir. Kitabda Vətən, ana, dünya, sevgi mövzusunda şeirlər yer alıb.

    ZİNDAN SEVİNCİ


    İnsan azad olmaq üçün
    gəlir dünyaya.
    Çiynində günah daşıyır.
    Hərdən “ah” çəkib
    nəfəsini azad edir.
    Qəlbinin dərinliyində
    ölmüş səslərə can verir.
    Zindan sevinci yaşayır İNSAN...
    Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR
    Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR
    Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR
    Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər