Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR

Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Prof.Dr. Fuad Məmmədov, tanınmış rəssam Cəmaləddin Dərbəndli (İsmayılov), tanınmış xanəndə Zahid Quliyev, Əskişəhir Azərbaycanlıları Dərnəyinin başqanı Cavid Aydın (Əliyev), yeni nəsil yazarı Ülviyyə Tahir və naşir Nurman Tariqlə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, müxtəlif ixtisas və fəaliyyət təcrübəsinə malik olan ziyalılarla söhbətdə ümumi olaraq Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il üçün planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Ziyalıların müharibəyəqədər və müharibə dövründə olduğu kimi, müharibəsonrası dövrdə də, mədəni irsin öyrənilməsi və öyrədilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan həqiqətlərinin dünyada sənətin zərif gücü ilə təbliği və s. istiqamətlərdə öz töhfələri ilə çıxış edəcəyinə inam ifadə olunub. Qarabağda işğal mədəniyyətsizliyindən mədəni quruculuğa keçid dönəminin, özəlliklə Mədəniyyət Paytaxtı Şuşa üçün yeni eranın başlanmasının, ümumən yeni milli və dünya çağırışlarının ziyalıların üzərinə də mənəvi məsuliyyət qoyduğu ortaq fikir olaraq vurğulanıb.
    Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR
    Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR
    Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR
    Millət vəkili bir qrup ziyalı ilə görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər