Masallıda mikroavtobus Kamaz-la toqquşdu – yaralananlar var (VİDEO)

Masallıda mikroavtobus Kamaz-la toqquşdu – yaralananlar var (VİDEO)
  • Manşet / Olay

  • Masallı rayonunda ağır yol qəzası baş verib.

    AsiyaTV
    xəbər verir ki, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb.

    Rayonun Tüklə kənd sakini Məmmədov Mahir Zakir oğlu idarə etdiyi “Mercedes” markalı, 44BS156 Dövlət nömrə nişanlı mikroavtobusla işıqforun qırmızı işığında keçərək rayonun Çayqıraq kənd sakinin Həsənov Xeybər Mansur oğlunun idarə etdiyi “KamAZ” markalı, 99NC992 Dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

    Nəticədə mikroavtobusda olan bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

    Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər