Asiya TV xəbər verir ki, bu barədə “Pretoria News” qəzeti məlumat yayıb.
Ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.
Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək.
Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.