Kəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...

Kəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...
  • İqtisadiyyat / Manşet

  • Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "CBS-PP” MMC olub.

    Asiya.az
    xəbər verir ki, "CBS-PP” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 297 min 165 manat 7 qəpik dəyərində mətbəə məhsulları satacaq.

    Tender müsabiqəsinin qalibi olan "CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
    Qeyd edək ki, "CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub.
    Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
    Kəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...
    İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.
    Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

    Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.//Yeniavaz.com
    PAYLAŞ:

    Oxşar xəbərlər