Ermənistan 100 dollar uşaqpulu verəcək

Ermənistan 100 dollar uşaqpulu verəcək
  • Dünya / İqtisadiyyat

  • Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra Ermənistanda uşaqpulunu artıracağını bəyan edib.

    Asiya.az
    xəbər verir ki, Masisdə seçiciləri ilə görüşdə o deyib ki, bu artım 3-cü uşaqlara şamil olunacaq.

    Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda doğulan hər üçüncü uşağa 100 dollar aylıq uşaqpulu veriləcək. “Bu artım 4-cü uşağa da şamil ediləcək. Və ödənişlər uşaq 4 yaşına çatana qədər davam edəcək”.

    Paşinyan deyib ki, bu proqramı 2025-ci ilə kimi həyata keçirəcəklər. Ondan sonra isə həmin proqramın davam edib, etməməsinə qərar verəcəklər.

    Qeyd edək ki, 2020-ci ildə Ermənistanda doğulan uşaqlara 2 illik müddətinə müavinətlərin verilməsi üçün 7 milyon dollar pul xərclənib. İyunun 1-dən isə həmin məbləğ artaraq, hər bir üşaq üçün 50 dollar təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər