Masallıda 15 İyun Qurtuluş Günü qeyd olundu - VİDEO

Masallıda 15 İyun Qurtuluş Günü qeyd olundu - VİDEO
  • Siyasət / Manşet

  • Masallı rayonunda Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

    Asiya TV
    xəbər verir ki, bu münasibətlə səhər saatlarında Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub.

    Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri - Soltan Məmmədov, Məşhur Məmmədov, Anar İsgəndərov, güc strukturlarının, idarə və müəssisələrinin rəhbər şəxləri, media və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin - Azərbaycanımızın hər yerində “15 iyun Qurtuluş Günü” kimi tarixə düşən mühüm bir bayramın təntənə ilə qeyd edildiyini bildirib.

    Sonra tədbir iştirakçıları Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən “Qəhrəmanlar Parkı”-nı ziyarət ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər