Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)

Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)
  • Sosial / Araşdırma

  • Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən “Venera” kafesinin 1-ci mərtəbəsində qanunsuz fəaliyyət göstərən “Dana və quzu əti” heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir.

    Asiya TV
    -yə şikayət edən yerli sakinlər bildirirlər ki, burada yol kənarlarında qanunsuz heyvan kəsilir və ekspertizası aparılmadan, antisanitar vəziyyətdə ətlərin satışı həyata keçirilir.

    Asiya TV-nin əməkdaşı məsələ ilə bağlı qanunsuz ət kəsimi həyata keçirildiyi iddia edilən sahibkar Ehtiram Rüstəmovla əlaqə saxlayıb.
    Sahibkar bildirib ki, “2-ci Alatava qəsəbəsində ət kəsimi məntəqələrinin hamısı yol kənarında, açıq havada heyvan kəsimi həyata keçirir, eləcə də biz..” Sitatın sonu.
    Belə məlum olur ki, 2-ci Alatavada fəaliyyət göstərən sahibkarlar “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamından bixəbərdirlər.

    Bəs görəsən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hara baxır!? Axı, əhalinin sağlamlığının qorunması həmçinin qida təhlükəsizliyinin təmin edilməsi bu idarənin üzərinə düşür.

    Mövzunu diqqətdə saxlayacağıq.
    Asiya TV

    Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)
    Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)
    Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)
    PAYLAŞ:

    Oxşar xəbərlər