Polad Həşimov və Arəstə Baxışovanın heykəli hazırlanıb - VİDEO

Polad Həşimov və Arəstə Baxışovanın heykəli hazırlanıb - VİDEO
  • Hərb

  • Ölümü ilə dastan yazan Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi gənc heykəltəraş tərəfindən əbədiləşdirilib.

    Heykəli hazırlayan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsi Təbriz Soltanlı daha əvvəl də Milli Qəhrəmanın büstünü ərsəyə gətirib.

    Polad Həşimovla yanaşı, 44 günlük Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın da heykəlinin maketi hazırlanır.

    Mərdlik simvoluna çevrilən şəhid xanımın heykəlini gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.

    Gənc heykəltəraşlar igid döyüşçülərə həsr olunan əsərlərinin paytaxtın görkəmli yerlərindən birinə qoyulmasını arzu edirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər