Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR

Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Göyçay rayonunun bir qrup sakini Asiya TV-yə Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun qanuna zidd, özbaşına fəaliyyəti ilə bağlı müraciət ünvanlayıblar.

    Müraciətdə deyilir:

    “Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərinə görə xəstələr, sakinlər çox əziyyət çəkir. Xəstəxanada korrupsiya və rüşvətin baş alıb getməsi bir yana, xəstələrin dincliyi də pozulub.

    Belə ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb ki, orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart oyunları təşkil edilir. Gecə saat 2-3-ə kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər. Bu da onların müalicəsinə çox pis təsir göstərir.
    Sərxoş olan, qumarda sözü tərs gələnlər həttda ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub.
    Bu mənzərəni görən dəhşətə gəlir.

    Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın. Belə gedərsə, yaxın vaxtlarda onu da edəcək."
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər