“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi keçirilib - VİDEO

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi keçirilib - VİDEO
  • Hərb / Manşet

  • “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

    Asiya TV
    xəbər verir ki, “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
    Əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub.
    Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı və Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyib.
    Sonda qonaqlar simmulyasiya mərkəzi ilə də yaxından tanış olublar.
    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər