Avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO

Avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
  • Manşet / Olay

  • Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən sürücünü saxlayıb.

    Asiya.az
    xəbər verir ki, “Mersedes”markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.

    Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətini davam etdirib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yol polisləri bir müddətdən sonra avtomobili saxlamağa nail olublar.
    Yoxlama zamanı sürücünün Zaqatala rayonunun Kebeloba kənd sakini İsmayıl Bulayev olduğu müəyyən edilib.

    O, saxlanılaraq Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.Sürücü barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər