Masallıda narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da məlum oldu

Masallıda narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da məlum oldu
  • Manşet / Hadisə

  • Masallıda narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb.

    Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

    E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun VAZ-21011 markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər