Viləşçay Su Anbarı İstismarı İdarəsinə yeni rəis təyin edildi - FOTO

Viləşçay Su Anbarı İstismarı İdarəsinə yeni rəis təyin edildi - FOTO
  • Siyasət / Manşet

  • Masallı rayonunda, Viləş çayın üzərində olan Viləşçay Su Anbarı İstismarı İdarəsinə yeni rəis təyin edilib.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müvafiq sərəncamı ilə idarənin baş mühəndisi Rusif Kərimov həmin idarəyə rəis təyin edilib.

    Qeyd edək ki, Kərimov Rusif Şakir oğlu 1982-ci il tarixdə Masallı Rayonun Ərkivan qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin məzunu olub.
    2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində işləyib.
    Ailəlidir. 3 övladı var.

    Məlumat üçün bildirək ki, Viləşçay Su Anbarı İstismarı İdarəsinə sabiq rəis Mahir Əliyev bu il mayın 17-də səhhəti ilə əlaqədar öz ərizəsi ilə daşıdığı vəzifədən azad edilib.
    Həmin vəzifəni müvəqqəti olaraq Rusif Kərimov icra edirdi.
    Viləşçay Su Anbarı İstismarı İdarəsinə yeni rəis təyin edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər