Altıağacdakı “CƏNNƏT BAĞI”nda SOYĞUNÇULUQ – FAKT

Altıağacdakı “CƏNNƏT BAĞI”nda SOYĞUNÇULUQ – FAKT
  • Araşdırma / İqtisadiyyat

  • Xızının Altıağac ərazisində yerləşən “Cənnət Bağı” istirahət mərkəzinə qonaq gələn “bir də gəlmərəm” deyib peşman olur.

    Asiya.az
    TİA.az-a istinadən xəbər verir ki, bu istirahət mərkəzində müştəriləri soğan qabığı kimi soyurlar. Müştərilərin sözlərinə görə, onlardan əvvəlcə depozit qoyulması tələb olunur. Həmin depozitdən hansısa xidmətdə istifadə olunmasa, o halda həmin məbləğ geri qaytarılmır və giriş haqqı kimi alınır. Belə ki, “Cənnət bağı” istirahət zonasına giriş adambaşı böyüklər üçün 5 manat, uşaqlar üçünsə 2 manatdır. Əgər içəri girib ərazidə baxış keçirmək istəsəniz və zooparka getməsəniz, çay içməsəniz pulunuz geri qaytarılmır. Belə desək, bura ayaq qoyan kimi adamdan pul alırlar. İstirahət mərkəzində restoran qiymətləri isə əl yandırır. Məsələn bir çaynik çay 5 manatdır.

    Burada 250 qramlıq “cola”, yaxud “Fanta” 3 manatdır. Halbuki marketdə 50 qəpikdir. Həmçinin kabablar, içkilər, bütövlükdə menyu od qiymətinədir. Ona görə soyğunçuluqla üzləşən müştərilər bir daha “Cənnət bağı” na getmirlər. Qeyd edək ki, Azərbaycanda yay və qış turizmi olduqca bahalıdır. Ona görə vətəndaşlar qonşu ölkələrə üstünlük verirlər. Hazırda quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar daxili turizmdən yararlanmaq istəyirlər. Lakin qiymətlər dəhşətli dərəcədə bahadır.//TİA.az
    Altıağacdakı “CƏNNƏT BAĞI”nda SOYĞUNÇULUQ – FAKT
    Altıağacdakı “CƏNNƏT BAĞI”nda SOYĞUNÇULUQ – FAKT
    PAYLAŞ:

    Oxşar xəbərlər