Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxaraq karantinə alındı

Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxaraq karantinə alındı
  • Mədəniyyət

  • Türkiyəyə istirahətə gedən tanınmış müğənni Çinarə Məlikzadənin koronavirus testi pozitiv çıxıb.

    Asiya.az
    xəbər verir ki, bu haqda AZXEBER.COM-a müğənni özü məlumat verib.

    O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub: "İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm".

    Müğənni özünü yaxşı hiss etdiyini deyib: "Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər".
    PAYLAŞ:

    Oxşar xəbərlər