Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
  • Hərb

  • İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər