Azərbaycan Pakistana və Tacikistana yeni səfir təyin edib

Azərbaycan Pakistana və Tacikistana yeni səfir təyin edib
  • Siyasət

  • Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə vəzifəsindən geri çağırılıb.

    Asiya.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


    Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Asiya.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər