Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
  • Sosial / Araşdırma

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də şəhid, qazi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasını təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

    Ölkə başçısı Milli Məclisdəki çıxışı zamanı bildirmişdir ki, hər bir Millət vəkili xalqın dərdinə şərik olmalı, onlarla bir olmalıdır.

    70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov hər zaman prezidentin bu tövsiyəsinə əməl edən millət vəkillərindəndir.

    Asiya.az xəbər verir ki, Qurban bayramı münasibəti ilə Məşhur Məmmədov tərəfindən 70 saylı Masallı şəhər seçki dairəsinə daxil olan ərazilər üzrə şəhid, qazi və aztəminatlı ailələr də daxil olmaqla 1300-ə yaxın ailəyə bayram sovqatı verilib.

    Bir neçə şəhid ailəsinin ziyarətində şəxsən iştirak edən millət vəkili onlarla çay süfrəsi arxasında söhbətləşərək şəhidlərimizlə bağlı xatirələri dinləyib, fikirlərini bölüşüb.

    Görüş əsnasında şəhid ailələri və qazilər bildiriblər ki, Ölkə başçısı vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə qazilərinə böyük diqqət və qayğı ilə yanaşması cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır.

    Məşhur Məmmədov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
    Asiya.az
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər