Karantin qaydalarını pozan 5 şadlıq sarayı cərimələndi -VİDEO

Karantin qaydalarını pozan 5 şadlıq sarayı cərimələndi -VİDEO
  • Sosial / Manşet

  • Karantin qaydalarını pozan daha 5 şadlıq sarayı cərimələnib.

    Asiya TV
    xəbər verir ki, Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

    rayon ərazisində fəaliyyət göstərən “Sultan Palas” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.

    Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

    Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Qrand Palas” şadlıq saraylarında da analoji qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər