Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR

  • Sosial / Araşdırma

  • Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Masallıda da uğurla həyata keçirilir.

    Dövlətlə paralel olaraq yurdsevər Masallı sahibkarlarının rayonda görülən abadlıq-quruculuq işlərindəki fəallığı da nəzərə çarpır.

    Asiya TV xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində bir neçə böyük yaşayış massivini birləşdirən yolun asfaltlanmış hissəsinin ensiz olması burada tez-tez yol nəqliyat hadisələrinin baş verməsinə səbəb olurdu.

    Qəsəbənin Göllü, Ramazanlı, Bədirli, Cəbili məhəllə sakinlərinin istifadə etdiyi 2 km uzunluğu olan küçədə təmir işləri ilə yanaşı yolun asfalt örtüyü də genişləndirilib.
    Təmir işləri çərçivəsində Abbaslı məhəlləsində şəhid Mahir Binyatovun adını daşıyan küçədə hərəkətə çətinlik yaradan 100 m² hissəsinə asfalt döşənib.

    Qəsəbə sakinləri görülən abadlıq-quruculuq işlərindən məmnun olduqlarını bildirərək, isti yay günlərində çətin işin öhtəsindən gələn Masallı rayon 47 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi başda olmaqla bütün kollektivinə öz təşəkkürlərini bildiriblər.
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    Masallıda abadlıq-quruculuq işləri davam edir - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər