Kino Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək

Kino Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək
  • Mədəniyyət

  • Avqustun 2-də YARAT Müasir İncəsənət Məkanın qarşısında 20:00-dan 00:00-dək Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə keçiriləcək Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

    Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
    Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

    Proqram çərçivəsində Əli-Səttar Quliyevin “Olimpiya”, Rüfət Həsənovun “Daxildəki ada”, Teymur Hacıyevin “Axşama doğru”, Teymur Qəmbərovun “Quxuroba” filmləri nümayiş olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər