Dünyanın ən zəngin insanı məlum oldu - FOTO

Dünyanın ən zəngin insanı məlum oldu - FOTO
  • Maraqlı / İqtisadiyyat

  • “Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı “Forbes” məlumat yayıb.

    Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.

    Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.

    Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.
    Dünyanın ən zəngin insanı məlum oldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər