İrina Zaretska italyan rəqibini də məğlub etdi

İrina Zaretska italyan rəqibini də məğlub etdi
  • İdman

  • Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

    Asiya.az
    xəbər verir ki, idmançımız Silviya Semeraroyaya (İtaliya) qalib gəlməyi bacarıb.

    Qeyd edək ki, qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

    ***

    Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə uğurlu start verib.

    61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya qalib gəlib.

    Zaretska rəqibindən 4:1 hesabı ilə üstün olub. O, qrupda növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər