Masallıda narkotacir saxlanıldı - VİDEO

Masallıda narkotacir saxlanıldı - VİDEO
  • Manşet / Hadisə

  • Masallıda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya TV-yə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş rayon sakini Mehti Fərəcov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər