Ucarda əhaliyə zülm edən kimlərdir? - VİDEO

Ucarda əhaliyə zülm edən kimlərdir? - VİDEO
  • Sosial / Araşdırma

  • Ucar rayon Bərgüşad kənd aşağı hissəsinin sakinləri susuluqdan və yolsuzluqdan əziyyət çəkirlər. Kənd sakinləri qarşılaşdıqları problemlərlə bağlı Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova, Ucar rayon Suvarma Sistemləri İdarəsinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə dəfələrlə şikayət etsələrdə heç bir müsbət cavab ala bilməyiblər.

    Asiya TV
    -yə danışan şikayətçi sakinlər bildirirlər ki,

    “Əkinlərimizi sulamaq üçün kəndin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsada bizə verilmir. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə pulla satır. Bu erməni vəhşiliyidir ki, bizə qarşı edirlər. Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Məmmədov qardaşlarının həyatda kapital toplamaqdan başqa marağı yoxdur.”
    PAYLAŞ:

    Oxşar xəbərlər