Daşkəsəndə növbəti dəfə dezinfeksiya işləri aparılıb - FOTO

Daşkəsəndə növbəti dəfə dezinfeksiya işləri aparılıb - FOTO
  • Sosial

  • Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

    Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə 2021-ci ilin avqust ayının 9-da Daşkəsən şəhərində, qəsəbə və kəndlərdə əsas küçə və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri aparılıb.

    Xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin xüsusi texnikaları və əməkdaşları Daşkəsən şəhərinin əsas küçə və prospektində, yaşayış binalarında, bazar ərazisində, həyət və yaşayış məhəllələrində, bankomat və ödəniş terminalllarında, məişət tullantılarının atıldığı konteynerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

    Əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
    Rayon ərazisində yoluxmanın qarşısının alınması məqsədilə gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfərlər edir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.
    Daşkəsəndə növbəti dəfə dezinfeksiya işləri aparılıb - FOTO
    Daşkəsəndə növbəti dəfə dezinfeksiya işləri aparılıb - FOTO
    Daşkəsəndə növbəti dəfə dezinfeksiya işləri aparılıb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər