Bu il də Məhərrəm ayında qanvermə aksiyaları keçiriləcək - QMİ

Bu il də Məhərrəm ayında qanvermə aksiyaları keçiriləcək - QMİ
  • Sosial

  • Avqustun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirdi. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı, imam və səlahiyyətli nümayəndələri iştirak ediblər.

    QMİ-dən Asiya.az-a verilən məlumata görə, Məhərrəmlik ayında ibadətlərə dair Şeyxülislam A. Paşazadə bildirdi ki, bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcəkdir.

    O bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur:

    "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.

    QMİ sədri son illər ərzində Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin ən münasib əzadarlıq nümunəsi olduğunu bir daha vurğulayaraq, bu il də humanist ənənənin davam etdiriləcəyini, pandemiya səbəbindən dindarların qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklərini diqqətə çatdırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər