Hacıqabulda əhalini suya həsrət qoyan kimdir? - VİDEO

Hacıqabulda əhalini suya həsrət qoyan kimdir? - VİDEO
  • Sosial / Araşdırma

  • Qubalıbaloğlan kəndi Hacıqabul rayonunun mərkəzindən 25 kilo metr aralıqda yerləşir. Sakinlərin sözlərinə görə, həmin kənddə səkkiz yüz ailə, dörd min sakin yaşayır və ailənin 50 faizi içməli sudan əziyyət çəkir.

    Gözətçi portalına danışan sakinlər bildiriblər ki,
    “Təsərrüfata suyu pulla alıb veririk. Özümüzə, heyvanımıza çatdıra bilmirik. İndi hansı zəmandır ki, kəndçi təsərrüfatına suyu pulla alsın?”

    Şikayətçi sakinlər bildirirlər ki, su xətti ilə evlərinin arasında 1500 metr məsafə vardır ki, onu Hacıqabul rayonunun Azərsu Açıq Səhimdar Cəmiyyəti təmin etmək istəmir.
    Kənd sakinləri dəfələrlə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilova məsələ ilə bağlı şikayət bildirsələr də, heç bir köməklik göstərilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər