Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib

Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib
  • İdman

  • Lionel Messinin PSJ-yə transferi rəsmiləşib.

    Asiya.az
    xəbər verir ki, Fransa təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.

    “Barselona”dan yenicə ayrılan Argentina millisinin kapitanı bu gün Parisə yollanıb və yeni komandası ilə 2+1 illik sazişə qol çəkib. 34 yaşlı oyunçunun Paris klubunda illik məvacibinin 35 milyon avro olacağı vurğulanıb. Leo PSJ-də 30 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti başa çatdığı üçün PSJ-yə azad agent kimi keçib.
    PAYLAŞ:

    Oxşar xəbərlər