30 yaşlı ana özünü və övladını su kanalına atdı - VİDEO

30 yaşlı ana özünü və övladını su kanalına atdı - VİDEO
  • Manşet / Olay

  • Biləsuvarda 30 yaşlı ana özünü və övladını su kanalına atıb.

    Asiya TV
    xəbər verir ki, dəhşətli hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Gülər İmanzadə övladını da götürüb evdən çıxıb. Yaşadığı kənddən axan su kanalına gedən ana bir yaşlı oğlu Poladla birlikdə su kanalına atılıb. Ana kənd sakinləri tərəfindən xilas edilsə də, azyaşlı suda boğularaq ölüb.

    Gülər İmanzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər