Azərbaycan Dövlət Aqrar universiteti zoopark açıb? – MÜƏMMALI TENDER

Azərbaycan Dövlət Aqrar universiteti zoopark açıb? – MÜƏMMALI TENDER
  • Araşdırma / İqtisadiyyat

  • Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) heyvanların saxlanılması üçün yemin alınması məqsədi ilə tender elan edib.

    Asiya.az
    xəbər verir ki, “Vüsal-999” MMC müsabiqənin qalibi olub və 84 550 manat hesabına köçürülüb. Amma maraqlıdır ki, ADAU heyvanları harada və hansı şəraitdə saxlayır.
    Ümumiyyətlə, sual doğurur ki, bir universitet niyə heyvan saxlamalıdır. Yəni ali təhsil ocağında zoopark açılıb, yoxsa ictimaiyyətə və elmə məlum olmayan eksperimentlər aparılır…
    Tenderin qalibi olan “Vüsal-999” MMC şirkəti haqda isə heç bir məlumat əldə etmək olmur.
    MMC-nin nə ünvanı, nə qeydiyyatı, nə sahibi haqda informasiya var. Adətən belə tenderlər daha çox maxinasiyalara xidmət edir.//Tia.az
    PAYLAŞ:

    Oxşar xəbərlər