Şəhid İbrahim Lələyevin 25 yaşı qeyd edildi - VİDEO

Şəhid İbrahim Lələyevin 25 yaşı qeyd edildi - VİDEO
  • Araşdırma / Cəmiyyət

  • Masallı rayonu Hişkədərə kəndində Vətən Müharibəsi şəhidi “Vətən uğrunda” medalı ilə təltif edilən İbrahim Həzrətqulu oğlu Lələyevin doğum günü qeyd olunub.

    Asiya TV
    xəbər verir ki, anım tədbirində Masallı Rayon İcra Hakimiyyəti aparatı, mədəniyyət işçiləri, ictimayət nümayəndələri, kənd sakinləri, şəhidin dostları və yaxınları iştirak ediblər.

    Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov çıxış edərək, rayon icra başçısı Şahin Məmmədovun salamını tədbir iştirakçılarına çatdırıb.
    O qeyd edib deyib ki, Hişkədərə kəndində gənclərin vətənpərvərlik ruhu yüksəkdir. Birinci Qarabağ müharibəsində şəhid olan Elşad Ağayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ali Baş Komandan İlham Əliyev səfərbərlik elan edən kimi onlarca hişkədərə gənci mənfur erməni torpaqlarımızda qovmaq üçün cəbhəyə yollandı. Onların arasında İbrahim də olub.

    Sonra Hişkədərə kənd tam orta məktəbinin tarix müəllim Bahadur Abdullayev Vətən Müharibəsi şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.

    Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Ağa Rəşid Talıbov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, iki şəhid anası - Ziba Əsgərova, şəhidin əmisi Mehdi Lələyev, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar.

    Çıxış edənlər şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

    Masallı Rayon Mədəniyyət Mərkəzi nəznində fəaliyyət göstərən Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevin rəhbərliyi ilə Masallı Dövlət Kollecinin tələbə və müəllim kollektivi tərəfindən şəhidə ithaf edilən “Ölümümə inanma” ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Uşaq bağçasının balaca fidanları şəhidlərə həsr edilmiş şeirləri əzbərdən söylədilər.

    Sonra tədbir şəhidin böyüdüyü evdə, ata ocağında davam etdirilib, ehsan verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər